14:34
(077) 610-22-33

Kəmaləddin Heydərov zərər çəkən sakinlərlə görüşüb

  • >
299 12 Fevral 2013 11:50 | Cəmiyyət

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfəri çərçivəsində Zaqatalada yerli sakinlərlə görüşüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Gözbarax kəndində keçirilən görüşdə Gözbarax, Mamrux, Cimcimax və daha bir neçə ətraf kəndlərin sakinləri iştirak ediblər.

Sakinlər zəlzələ nəticəsində evlərinə dəymiş ziyanın yenidən qiymətləndirilməsi üçün evlərə təkrar baxış keçirilməsini nazirdən xahiş ediblər.

K. Heydərov sakinləri dinlədikdən sonra evlərə təkrar baxış keçiriləcəyini, komissiyaların baxışın nəticəsinə uyğun addım atacağını bildirib: "Komissiyalar qəzalı evlərdən hansının yenidən tikilməli olduğuna dair rəy versə, həmin evlərin yerində yenisi inşa olunacaq. Təmir-bərpa rəyi veriləcək evlər üçün isə dövlət tərəfindən kompensasiyalar ödəniləcək".

K. Heydərov Mamrux kəndindən olan bir neçə sakinin evinə isə özünün iştirakı ilə baxış keçiriləcəyini deyib.

AzNews.az
Bağla X