Kiminsə aldığı əmlak öncədən cinayət yolu ilə əldə edilibsə heç bir şərt olmadan məhkəmə qərarı ilə müsadirə olunurdu. Ancaq cinayət məcəlləsinə edilən yeni dəyişiklik, əmlak alarkən onun hansı yolla edilməsindən xəbərsiz olan sahiblərin hüquqlarını qoruyacaq. Kiminsə aldığı əmlak öncədən cinayət yolu ilə əldə edilibsə heç bir şərt olmadan məhkəmə qərarı ilə müsadirə olunurdu. Ancaq cinayət məcəlləsinə edilən yeni dəyişiklik, əmlak alarkən onun hansı yolla edilməsindən xəbərsiz olan sahiblərin hüquqlarını qoruyacaq.

Əmlak alarkən diqqətli olun! - Video

Kiminsə aldığı əmlak öncədən cinayət yolu ilə əldə edilibsə heç bir şərt olmadan məhkəmə qərarı ilə müsadirə olunurdu. Ancaq cinayət məcəlləsinə edilən yeni dəyişiklik, əmlak alarkən onun hansı yolla edilməsindən xəbərsiz olan sahiblərin hüquqlarını qoruyacaq.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, cinayət törədən şəxslərdən əmlak alan şəxslərin həmin mülkü məhkəmə qaydasında sonradan sorğu-sualsız müsadirə edilirdi. Ancaq qanuna edilən son dəyişikliklə həmin əmlakı cinayət törədən bir şəxsdən almasından xəbərsiz olması keçərli səbəb sayıla biləcək. Bununla da məhkəmədə vicdanlı mülk sahibinin mənafeyi nəzərə alınacaq.

Əmlak alan şəxsin onun hansı yolla əldə edilməsini necə müəyyən etməsi isə sual doğurur. Hüquqşünas Xəyal Bəşirov deyir ki, bunu müəyyən etmək o qədər də çətin deyil. Bunun üçün əmlak alan şəxsin rəsmi sənədləri diqqətlə nəzərdən keçirməsi kifayətdir.

Yəni, Dövlət Reyestr Xidmətindən çıxarışda əmlakın məhz satan şəxsin özünə məxsus olması müəyyən olunarsa onda həmin əmlakı əldə etmək olar. Belə olan halda sonradan həmin əmlakla bağlı heç bir hqüquq problem yarana bilməz və bu əmlak sahibinin vicdanlı sahib olmasını təmin edəcək. Buna görə ekspertlər əmlak alarkən onun dövlət reyestr xidmətindən çıxarışı olmasına xüsusi diqqət etməsini tövsiyyə edirlər.