Salyanın Boranıkənd kəndində yaşayan 2 yaşlı Ömər son günlər kənd sakinlərinin ən çox maraqlandığı uşaqdır. Buna səbəb balacanın sinəsində müxtəlif metal əşyaları saxlaya bilməsidir. Salyanın Boranıkənd kəndində yaşayan 2 yaşlı Ömər son günlər kənd sakinlərinin ən çox maraqlandığı uşaqdır. Buna səbəb balacanın sinəsində müxtəlif metal əşyaları saxlaya bilməsidir.

2 yaşlı “maqnit uşaq” hamını təəccübləndirir - Foto

Salyanın Boranıkənd kəndində yaşayan 2 yaşlı Ömər son günlər kənd sakinlərinin ən çox maraqlandığı uşaqdır. Buna səbəb balacanın sinəsində müxtəlif metal əşyaları saxlaya bilməsidir.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu qeyri-adi gücə inananlar da olur, inanmayanlar da. Əslində görməyincə inanılası da deyil. Görəndə isə adamı təəccüb bürüyür və bu qeyri-adi gücə inanmaya bilmirsən.

Balacanın sinəsində bioenerjinin olmasını valideynləri 10-15 gün bundan əvvəl təsadüfən biliblər. Atası Samir Zeynalovun dediyinə görə, bir gün Ömər mağazaya getmək üçün nənəsindən aldığı qəpiyi sinəsinə yapışdırıb və pul bir müddət orada qalıb. Bundan sonra digər metal əşyalar da sınaqdan keçirilib və həmin əşyalar da uşağın sinəsinə yapışıb. Bununla da uşağın sinəsində bioenerjinin olması aşkarlanıb.

Valideynləri deyir ki, Ömərin yerişi də, duruşu da həmyaşıdlarından heç nə ilə fərqlənmir. O da digər uşaqlar kimi oyuncaqları ilə oynayır, velosiped sürür, şənlənir. Necə deyərlər, öz uşaqlığını yaşayır.

AzNews.az