Adanada evləndikdən 12 il sonra, süni mayalanma yolu ilə dünyaya gələn 6 aylıq körpəsini öldürən ana tutulub. Adanada evləndikdən 12 il sonra, süni mayalanma yolu ilə dünyaya gələn 6 aylıq körpəsini öldürən ana tutulub.

12 il övladı olmayan ana körpəsini öldürdü - “Çox peşmanam”

Adanada evləndikdən 12 il sonra, süni mayalanma yolu ilə dünyaya gələn 6 aylıq körpəsini öldürən ana tutulub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, fabrikdə işləyən 41 yaşlı İbrahim ilə 33 yaşlı ev xanımı Həbibə ailə həyatı qurduqdan sonra 12 il övlad sahibi ola bilməyiblər. Buna görə də, cütlük hər ay maaşdan pul ayıraraq yığıblar və süni mayanma etdirməyə qərar veriblər. Pulu keçən il tam yığdıqdan sonra onlar müalicəyə başlayır və onların Məhəmməd adlı oğu dünyaya gəlir. Əri işə gedəndən sonra ana ilə oğlu evdə qalır. Ana, davamlı olaraq ağlayan oğlunu susdurmaq üçün 6 aylıq körpəsinin ağzını və burnunu əli ilə bağlayır. Uşağı susunca əlini çəkən ana ev işlərini görməyə davam edir. Körpənin bir müddət hərəkətsiz qalmasından şübhələnən ana körpəsinin öldüyünü anlayaraq qaçaraq qohumlarıgilə gedir və hadisəni izzah edir. Qohumları evə gəlib baxan zaman uşağı hərəkətsiz görüncə təcili yardıma xəbər verir. Hadisə yerinə gələn təcil yardım körpəni Adana Uşaq Xəstəxanasına çatdırsa da uşağın həyatını xilas etmək mümkün olmur. Ana isə polis tərəfindən həbs edilir.

Qadın ifadə verərək, "Çox çətin şərtlərdə 12 il sonra olan övladımı susmur deyə öz əllərimlə öldürdüm. Çox peşmanam, mən onu çox sevirdim "deyə gözyaşlarına boğulub.