Qarpız yaz mövsümünün bəlkə də ən sevilən meyvəsidir. Qarpız yaz mövsümünün bəlkə də ən sevilən meyvəsidir.

Qarpızın faydaları və zərərləri

Qarpız yaz mövsümünün bəlkə də ən sevilən meyvəsidir.

AzNews.az xəbər verir ki, sərinlədici və ləzzətli olan bu meyvə hərarət kəsici xüsusiyyətə malikdir. C, A və B vitaminləri, karbohidrat, zülal və lif baxımından zəngindir. Tərkibində dəmir, kalsium, maqnezium, fosfor və kalium kimi minerallardan başqa müxtəlif fermentlər və təbii şəkər var. 100 qram qarpızda 6 qram şəkər var. Yağ və ya xolesteron ehtiva etməyən bu meyvənin sağlamlığa bir çox faydası vardır. Qarpızın bir çox faydaları var.

Böyrəyin sağlamlığını qoruyur

Təbii sidikqovucu təsirə malik olan qarpız, böyrəklər üçün olduqca faydalıdır. Bədəndən zərərli toksinlərin xaric olunmasına kömək edir, qaraciyəri təmizləyir, böyrəklərin funksiyasını stimullaşdırır və qandakı urik turşusunu azaldır. Bunun sayəsində bədəndən zərərli maddələrin xaric edilməsi sürətlənir. Böyrəklərdəolan iltihabın xaric olunmasını asanlaşdıraraq böyrəklərin sağlamlığını qoruyur.

Böyrəyində problemi olanlara tövsiyə edilmir.

Qarpız yemək sürətli şəkildə çəkinin itməsinə səbəb olur. Yüksək təzyiqi olanların təzyiqini stabilləşdirir. Tərkibində A vitamini olduğuna görə gözlərə xeyirdir. Tərkibində yüksək miqdarda olan C vitamini sayəsində əsəblərin gərginləşməsinin qarşısın alır. Ürəyə faydalıdır. Güclü antioksidantdır.

Qarpızın zərərli xüsusiyyətləri ishala səbəb olması, tonuz yaratmasıdır. Hamilə qadınlara çox yemək məsləhət görülmür.