Azərbaycanda bu gün Ramazan bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Azərbaycanda bu gün Ramazan bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.

Bir gündə iki bayram

Azərbaycanda bu gün Ramazan bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.

AzNews.az xəbər verir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlayıb. Bu gün həm də Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən qeyri-iş günləri həftənin 3-cü gününə qədər davam edəcək. Ayın 29-dan isə iş günü başlayacaq.