Son 20 ildə Azərbaycanda ali və orta ixtisas məktəblərində təhsil alan 3136 tələbə ixtisasını dəyişib. Son 20 ildə Azərbaycanda ali və orta ixtisas məktəblərində təhsil alan 3136 tələbə ixtisasını dəyişib.

3136 tələbə ixtisasını dəyişdi

Son 20 ildə Azərbaycanda ali və orta ixtisas məktəblərində təhsil alan 3136 tələbə ixtisasını dəyişib.




Onların 2296 nəfəri ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil alarkən ixtisaslarını dəyişiblər. Magistratura səviyyəsi üzrə 27, tam orta təhsil bazasında orta ixtisas pilləsi üzrə 424, ümumi orta təhsil bazasında orta ixtisas öilləsi üzrə isə 389 ixtisas dəyişməsi qeydə alınıb.
Ötən müddətdə 435 nəfər ixtisas dəyişməklə tələbələr sırasına bərpa edilib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemi ötən il martın 28-də istifadəyə verilib. Qeyd edilən statistik məlumatlar sistemə təhsil müəssisələri tərəfindən ötən il martın 28-dən bu il yanvarın 14-ə qədər daxil edilib.

AzNews.az