04:42
(077) 610-22-33

Qələbə RLS-də son durum

  • >
364 12 Fevral 2013 21:35 | Cəmiyyət

Məlum olduğu kimi, Qəbələ Radiolokasiya Stansiyasının icra müddəti başa çatdığından buradakı Rusiya hərbçiləri də Azərbaycanı tərk etməyə başlayıb



Vəziyyətlə tanış olmaq üçün "Trend"in əməkdaşı Stansiyanın yerləşdiyi Qəbələ rayonunun Zarağan kəndində olub. Buranın əvvəlki izdihamlı vəziyyətindən indi əsər-əlamət qalmayıb. Şəhərcikdə yaşayan yerli sakinlərin məlumatına görə, rus ailələrinin 90 faizi artıq Qəbələni tərk edib. Buna baxmayaraq, şəhərciyin girişində hərbi nəzarət saxlanılıb. Şəhərciyin ərazisinə daxil olmaq üçün ciddi yoxlamadan keçmək lazımdır.
Hərbi şəhərciyin ərazisindəki 5 mərtəbəli 8 yaşayış binasından yarısı artıq boşaldılıb. Digər binalarda isə şəhərcikdə işləmiş yerli sakinlər və təhvil-təslim işlərini həyata keçirən rusiyalı hərbçilər yaşayır. Qalan Rusiya vətəndaşlarının dəqiq sayı barədə məlumat verilmir. Ancaq şəhərcikdə yaşayanların sözlərinə görə, Qəbələ RLS-də işləyən 500 hərbçidən yalnız 15-20 faizi hazırda oradadır. Şəhərcikdəki uşaq bağçası və digər sosial obyektlər də bağlanıb.
Qəbələni tərk etmək isə rusların heç də ürəyincə deyil. Köçən ailələr daşıyıb apara bilmədikləri şəxsi əmlakı buradakı yerli əhaliyə satır. Şəhərciyin daxilində hər addımbaşı məişət əşyası və mebelin satılması haqqında rusca elanlara rast gəlmək olur. Ruslar əmlakını yerli əhaliyə satmaqla yanaşı, buradan geyim məmulatları alıb özləri ilə aparır. Səbəb həmin məhsulların Rusiyada baha olmasıdır. Şəhərcikdə çalışan yerli sakinlərin 90 faizi işdən çıxarılıb. Martın 1-də isə onların qalan hissəsi də işdən kənarlaşdırılacaq.
Şəhərcikdə işləmiş sakinlərin gələcəkdə yerli obyetlərdə başqa iş yerləri ilə təmin edilməsi gözlənilir. Əvvəlki dövrdə Rusiyalı hərbçilərin ixtiyarında olan hərbi texnikadan indi ancaq 2 hərbi maşın və işçiləri daşımaq üçün istifadə olunan bir avtobus qalıb. Digər hərbi sursatdan isə yalnız keçmiş SSRİ-nin dağılmasından sonra ölkəyə gətirilən hissəsi Azərbaycandan çıxarılacaq. Qalan hərbi sursat isə Azərbaycan tərəfinə təhvil verilməlidir.
Beləliklə, 1992-ci ildən sonra ölkədə qalan sonuncu Rusiya hərbi birləşmələri də Azərbaycandan çıxarılacaq. Onlardan isə burada hərbi şəhərcikdəki tikililər və RLS-in yerli əhalidə törətdiyi radiasiyanın fəsadları qalacaq.

AzNews.az
Bağla X