15:50
(077) 610-22-33

Elmar Vəliyevin köməkçisi yayılan xəbərləri təkzib etdi

  • >
520 13 Fevral 2013 10:56 | Cəmiyyət

"Elmar Vəliyevin səhhətinin pisləşməsi və xəstəxanaya aparılması ilə bağlı mətbuatda gedən məlumatlar şayiədir". Modern.az-a bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

"Mətbuatda yayılan xəbərlər Elmar müəllimi gözdən salmaq məqsədi daşıyır. İcra başçısı bu gün işə çıxıb və hazırda ərazidədir"-deyə Elmar Vəliyevin Tural adlı köməkçisi söyləyib.

Gəncənin deputatı Musa Quliyev də Elmar Vəliyevin ölkə başçısının dünən keçirdiyi toplantıdan sonra halının xarablaşması və xəstəxanaya yerləşdirilməsi barədə xəbərləri təkzib edib.

"Bunlar hamısı əsassız məlumatlardır"-deyə M.Quliyev vurğulayıb

Qeyd edək ki, ilk olaraq mia.az saytı Elmar Vəliyevin prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra yıxıldığı və xəstəxanaya qaldırıldığı barədə məlumat yayıb. Xəbər əksər media orqanlarında da yayılıb.

AzNews.az
Bağla X