“Müəllif Hüquqları Agentliyi tərəfindən aşkarlanan plagiat faktlarının böyük əksəriyyəti təhsil sahəsinə aiddir”. “Müəllif Hüquqları Agentliyi tərəfindən aşkarlanan plagiat faktlarının böyük əksəriyyəti təhsil sahəsinə aiddir”.

Plagiat faktlarının əksəriyyəti təhsil sahəsinə aiddir

“Müəllif Hüquqları Agentliyi tərəfindən aşkarlanan plagiat faktlarının böyük əksəriyyəti təhsil sahəsinə aiddir”.



Bunu APA-ya agentliyin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, agentliyə edilən müraciətlər arasında dərsliklər, kitablar və vəsaitlərlə əlaqədar müraciətlər üstünlük təşkil edir: "İnsan plagiatla məşğul olmaq qərarını veribsə, onun qarşısını almaq çətindir. Belə əsərlərin meydana gəlməməsi üçün mövcud olan prosedurlar daha da ciddiləşdirilməlidir. Çünki həmin əsərlər ilk əvvəl Elmi Şuradan keçirlər, onlara rəy verilir, müzakirə olunur.

Dərsliklər və dərs vəsaitləri isə üstəlik Təhsil Nazirliyində də müzakirə olunur. Orada Metodiki Şuralar bu dərslikləri müzakirə edib, qrif verirlər. Ona görə də bütün bu prosedurlara ciddi yanaşmaq lazımdır. Agentliyin funksiyası isə plagiat faktları aşkarlamaq, hüquqi müstəvidə müvafiq cəzalanmanı tələb etməkdir. Əgər hüququ pozulan şəxs məhkəmədə sonadək getmək istəyirsə, biz onun tərəfini saxlayırırq".

K. İmanov bildirib ki, 2003-cü ildən indiyədək Müəllif Hüquqları Agentliyi tərəfindən 32 plagiat fakt aşkarlanıb.

AzNews.az