Günün sualı: “Aleksandr Şirvanzadənin titulu geri alınsın, ya yox?” Günün sualı: “Aleksandr Şirvanzadənin titulu geri alınsın, ya yox?”

Azərbaycanın ilk xalq yazıçısı erməni olub – NƏ ETMƏLİ?

Günün sualı: “Aleksandr Şirvanzadənin titulu geri alınsın, ya yox?”




Aparılan dəqiqləşdirmələr zamanı məlum olub ki, Azərbaycanın ilk xalq yazıçısı fəxri adı milliyətcə erməni olan Aleksandr Şirvanzadəyə verilib. "Daş yuxalar" romanında erməni mövqeyindən çıxış etməsi əsas gətirilərək "xalq yazıçısı" fəxri adının Əkrəm Əylislidən geri alınmasından sonra isə bu məsələ aktuallaşıb. İndi anoloji addımın Azərbaycanın ilk xalq yazıçısı olmuş erməni Aleksandr Şirvanzadəyə də tətbiqi müzakirə olunur.

AzNews.az olaraq mövzu ilə bağlı ölkə ziyalılarının mövqeyini öyrənməyə çalışdıq. Şair İlyas Tapdıq AzNews.az-a açıqlamasında bildirdi ki, köhnə məsələlərin qurdalamağa dəyməz: "Aleksandr Şirvanzadə unudulmuş adamdır, onu yada salmağa dəyməz. Şirvanzadənin "Namus" əsəri teatrın səhnələrində uzun müddət nümayiş etdirilib. Düzdür, mən o tamaşaya baxmamışam. Amma baxanlar var. O, Şamaxıda yaşayıb. Bizdən əvvəl yaşayıb, ölüb, gedib. Bu şeyləri indi qurdalamağa dəyməz".

Şair Musa Yaqubun sözlərinə görə, əvvəlcə Azərbaycanın ilk xalq yazıçısı fəxri adının A.Şirvanzadənin əlindən alınması əsaslandırılmalıdır: "O, əslən erməni olub. Gərək bunlar əsaslandırılsın ki, xalq yazıçısı fəxri adı onun əlindən niyə və nə üçün alınır. Ona qalsa, Qirqariyana da xalq şairi adı verilib. Gəlin bu məsələləri qurdalamayaq".

Bahar Rüstəmli
AzNews.az