Azərbaycan Səhiyyə Nazirliyi bu ilin birinci yarısında ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat xidmətinin sınaqdan keçirilməsinə başlamağı nəzərdə tutur Azərbaycan Səhiyyə Nazirliyi bu ilin birinci yarısında ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat xidmətinin sınaqdan keçirilməsinə başlamağı nəzərdə tutur

Həkim çağırışı da elektronlaşdı

Azərbaycan Səhiyyə Nazirliyi bu ilin birinci yarısında ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat xidmətinin sınaqdan keçirilməsinə başlamağı nəzərdə tutur




Bunu çərşənbə günü Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə bildirib.

Onun sözlərinə görə, hazırda bu xidmətin təşkili ilə bağlı işlər aparılır. Bu xidmət, ilk növbədə, dövlət tibb müəssisələrində tətbiq ediləcək. Yeni elektron xidmət əvvəlcə Bakıdakı bir neçə poliklinikada sınaqdan keçiriləcək.
Əsəd-zadə deyib ki, ölkədəki bütün ambulator tibb müəssisələrində elektron qeydiyyat sisteminin təşkili üçün imkanlar yoxdur. Buna görə də hazırda bu sahədə ortaya çıxan çətinliklərin həlli üçün işlər aparılır.
Mərkəz direktorunun sözlərinə görə, bunun üçün tibb müəssisələrinin kompüterləşdirməsi işləri müəyyən qədər həyata keçirilib.
"Uşaq poliklinikalarında bu işlər görülüb. Ancaq böyüklər üçün olan müəssisələrdə belə layihə hələ həyata keçirilməyib. Ona görə də bir az çətinliyimiz var", - nazirlik rəsmisi deyib.

Onun sözlərinə görə, elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək. Elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar sadəcə internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər.

AzNews.az