07:05
(077) 610-22-33

Prokuror Əvəz Zeynallıya 11 il istədi

  • >
1 537 13 Fevral 2013 15:03 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edib. Prokuror Əvəz Zeynallının 2 il hər hansı vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il müddətlə azadlıqdan məhrum edilməsini, ona qarşı qaldırılan mülki iddialar üzrə isə 7251 manat 20 qəpik pulunun tutularaq dövlət hesab keçirilməsini istəyib.

Daha sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Vəkil Elçin Sadıqov çıxışa hazır olmadıqlarını deyib. Proses fevralın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

AzNews.az
Bağla X