BAXCP Türkmənçay müqaviləsinin 185 illiyi ilə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına müraciət qəbul edib. BAXCP Türkmənçay müqaviləsinin 185 illiyi ilə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına müraciət qəbul edib.

Azərbaycan BMT-yə müraciət etdi

BAXCP Türkmənçay müqaviləsinin 185 illiyi ilə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına müraciət qəbul edib.



Müraciətdə deyilir ki, 1828-ci ildə çar Rusiyası ilə Qacar mütləqiyyəti (indiki İran) arasında gedən müharibə nəticəsində tarixi Azərbaycan torpaqları ikiyə - şimali və cənubi Azərbaycana bölünüb: "Bununla da Şimali Azərbaycan çar Rusiyasının, Cənubi Azərbaycan isə hazırda İran İslam Respublikası adlanan ölkənin işğalı altına düşüb. Sonradan dünyada və bölgədə baş verən tarixi proseslər nəticəsində çar Rusiyası süquta uğrayıb, Rusiya ərazisində qurulmuş yeni dövlət özündən öncəki bütün müqavilələrdən imtina edib. Çar Rusiyası tərəfindən işğal və ilhaq olunmuş Şimali Azərbaycan torpaqlarında isə Azərbaycan Demokratik Respublikası qurulub. Bununla da tarixi Azərbaycan torpaqlarının iki mütləqiyyət arasında bölünməsini təmin edən "Türkmənçay" müqaviləsi tərəflərdən birinin - Rusiyanın bu müqavilədən imtina etməsi nəticəsində hüquqi və siyasi əhəmiyyətini itirib.

1920-ci ildə Azərbaycan Demokratik Respublikası bolşevik Rusiyasının işğalına məruz qalaraq süquta uğrayıb. 1922-ci ildə isə Şimali Azərbaycan müttəfiq respublikalardan biri kimi SSRİ-nin tərkibinə daxil edilib. Ötən əsrin sonlarında Şimali Azərbaycanda (Azərbaycan Sovet Sosialist Respublikası) və digər müttəfiq respublikalarda baş verən milli azadlıq hərəkatları SSRİ süquta uğraması ilə sonuclanıb və 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etməklə beynəlxalq hüququn müstəqil subyektinə çevrilib. 1992-ci ildə Azərbaycan Respublikası tarixi Azərbaycan torpaqlarını parçalayan mütləqiyyətlərin varisləri - Rusiya Federasiyası və İran İslam Respublikasının da üzv olduğu Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib.

1979-cu ildə İran mütləqiyyətinin süquta uğradığını və yerində İran İslam Respublikası adlanan teokratik dövlətin yarandığını, çağdaş dünyada parçalanmış xalqların birləşməsi prosesi ilə bağlı presidentlərin mövcudluğunu, İran İslam Respublikasının işğalı altında olan Cənubi Azərbaycan torpaqlarında yaşayan 40 milyona yaxın Azərbaycan türkünün öz müqəddəratını təyin etmə hüququnun olduğunu, son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirilən işğal və assimilyasiya siyasətinə son qoyulmasının vacibliyini, Azərbaycan xalqının vahid bir dövlətdə yaşamaq istəyini nəzərə alaraq, tarixi Azərbaycan torpaqlarında vahid Azərbaycan dövlətinin yaradılması məsələsini BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının gündəliyinə çıxarmanızı xahiş edirik".

AzNews.az