Fuad Məmmədov hansı vəzifəyə təyin olundu? Fuad Məmmədov hansı vəzifəyə təyin olundu?

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxartdı - EKSKLÜZİV

Fuad Məmmədov hansı vəzifəyə təyin olundu?



Bu dəqiqələrdə AzNews.az xəbər portalına daxil olan informasiyaya görə, daxili işlər naziri Ramil Usubov daha bir polis rəisini işdən azad edib. Məsələnin maraqlı tərəfi isə odur ki, nazirin işdən çıxartdığı şəxs nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu, daha dəqiqi, onun qardaşı oğludur.

Əldə etdiyimiz digər məlumatda bildirilir ki, Salyan rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışan Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa vəzifəyə təyin edilib. Yəni işdən azad edilməsini heç də Fuad Məmmədovun "vurulması" kimi qiymətləndirmək olmaz.

Hər halda onun Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyinat alması belə düşünməyə əsas verir.


Orxan
AzNews.az