- Köhnə - Cəmiyyət
- 16 İyul 2017 20:09
- 8 752
Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü
Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb.
AzNews.az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.
Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.
Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.