- Köhnə - Cəmiyyət
- 16 İyul 2017 20:45
- 4 292
Biləsuvarda körpü çökdü - Foto
Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün yaxınlığında əsas magistraldan keçən körpü çöküb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, körpüyə giriş bağlanıb, onun yanında yardımçı yol açılıb.
Bakıdan Astara istiqamətində körpüyə girişdə YPX dayanıb.
Hər iki tərəf girişdə isə giriş qadağandır, tikinti gedir və müvafiq olaraq sağa və sola yönəltmə nişanları qurulub.
Körpünün çökməsi nəticəsində artıq iki gündür ki, cənub rayonlarına gediş çətinləşib.
Ərazidə hazırda tikinti-bərpa işləri aparılmır.