Əsasən Ağdam sakinlərinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsi adlanan ərazidə qəribə heyvan hücumu qeydə alınıb. Əsasən Ağdam sakinlərinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsi adlanan ərazidə qəribə heyvan hücumu qeydə alınıb.

Azərbaycanda qəribə canlılar sürü şəklində evlərə hücum edib - Foto

Əsasən Ağdam sakinlərinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsi adlanan ərazidə qəribə heyvan hücumu qeydə alınıb.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında, Ağdam rayonundan məcburi köçkün olan Vüqar Hümbətova məxsus 626 nömrəli evdə baş verib.

Gecə saatlarında evə girməyə çalışan və ev sahibinə hücum edən üç heyvandan birini ev sahibi əlindəki yaba ilə vurub. Digər ikisi isə qaçıb. Yaralı heyvan cəsədini döşəmənin altından çıxaran ev sahibi deyir ki, qurluşundan gəmiriciyə oxşasa da, ilk dəfədir belə canlıyla rastlaşır. Heyvanın uzunluğu, təqribən 60-65 sm-dir.

Vüqar Hümbətov daha sonra evin damında, bu heyvanlara aid olduğunu güman etdiyi yuvanı tapıb. Yuvada ev quşlarının qalıqlarını və yumurtalarını da aşkarlayıb.