Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları iyulun 17-də qanvermə aksiyası keçiriblər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları iyulun 17-də qanvermə aksiyası keçiriblər.

“Təmiz Şəhər” ASC-nin əməkdaşları növbəti dəfə qan verdilər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları iyulun 17-də qanvermə aksiyası keçiriblər.

AzNews.az xəbər verir ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən aksiyada Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri iştirak ediblər.

Hər il olduğu kimi, bu dəfə də "Təmiz Şəhər" ASC-nin rəhbərliyi və kollektivi, qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Bununla yanaşı bu il aksiyaya Balaxanı Sənaye Parkının rezidentləri də qoşulub. Aksiyada "Təmiz Şəhər" ASC-nin 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.

"Təmiz Şəhər" ASC hər il "Talassemiyasız həyat naminə" proqramına qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.

image description image description