Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Metronun yaxınlığında silah satmaq istədi - Tutuldu + Foto

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən AzNews.az-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis bölməsinə bir nəfər naməlum şəxsin metronun "Qara Qarayev" stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

O, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “TT” markalı tapança, 3 ədəd patron və tapança darağı aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl əldə etdiyini və satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Aşkar edilən tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə həmin silah ballistik ekspertizaya göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.