“Yardımlı Xeyriyyə Cəmiyyəti" ictimai birliyinin sədri, hazırda ABŞ-da yaşayan jurnalist Elman Eldaroğlu 1937-ci il repressiya qurbanları ilə bağlı maraqlı təklif irəli sürüb. O, qeyd edib ki, repressiya qurbanlarının xatirəsi dövlət səviyyəsində yad edilsin. “Yardımlı Xeyriyyə Cəmiyyəti" ictimai birliyinin sədri, hazırda ABŞ-da yaşayan jurnalist Elman Eldaroğlu 1937-ci il repressiya qurbanları ilə bağlı maraqlı təklif irəli sürüb. O, qeyd edib ki, repressiya qurbanlarının xatirəsi dövlət səviyyəsində yad edilsin.

Deputatdan repressiya qurbanları ilə bağlı təklifə dəstək - Milli Məclisdə müzakirə oluna bilər

“Yardımlı Xeyriyyə Cəmiyyəti" ictimai birliyinin sədri, hazırda ABŞ-da yaşayan jurnalist Elman Eldaroğlu 1937-ci il repressiya qurbanları ilə bağlı maraqlı təklif irəli sürüb. O, qeyd edib ki, repressiya qurbanlarının xatirəsi dövlət səviyyəsində yad edilsin.

AzNews.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Elman Eldaroğlunun təklifini dəstəklədiyini bildirib:

“Maraqlı təklifdir. Ancaq fikrimcə bir problem yarana bilər. Azərbaycan üçün bu repressiyalar 1920-ci ilin 28 aprelindən sonra başlayır. Ona görə də 80 illik deyil, ümumi olaraq Sovet rejiminin repressiya qurbanlarının anım günü olması daha məqsədəuyğundur. Bunun üçün simvolik olaraq 1937-ci il represiyalarına start verilən tarixi seçmək olar. Həmin tarixdə millətimizin repressiyanın mahiyyətini anlayan insanları, babaları, nənələri repressiyaya məruz qalmış vətəndaşlarımız müəyyən olunmuş yerləri, qəbirləri, abidələri ziyarət etməklə o insanlara sayğılarını ifadə edə bilərlər. Bu tarixi həqiqətən unutmaq olmaz”.

Fazil Mustafa məsələ ilə bağlı Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcəyini də vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az