“Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?” “Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?”

“Bakını “rahat sex” şəhərinə bənzədirlər” - Bəstəkardan qalmaqallı açıqlama

“Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?”

AzNews.az xəbər verir ki, bunu bəstəkar-müğənni Murad Arif deyib. O, bildirib ki, getdikcə əsl dəyərlərdən uzaqlaşırıq:

“Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində "mentalitet" gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək. O qədər normal sayılacaq şeyləri - məsələn ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırdınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız”.

Murad Arif qeyd edib ki, Rusiya kanallarında Bakını “rahat sex” şəhərinə bənzədirlər:

“Onsuz da dünya ictimaiyyətinin gözündə “işğal olunmuş” (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra “Martirosyanların” Rusiya kanallarında Bakını “rahat sex” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb. Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”.

Bahar RÜSTƏMLİ

AzNews.az