“Bu gün ərəb turistlərlə əyləndiyinə görə qınadığımız qızlar braziliya ailələrində böyüməyib. Bizim təbliğ etdiyimiz və sosial əngəllər üzündən ailələrimizin öz övladlarına çıxış yolu kimi tanıdığı "dəyərlər" böyüdüb o xanımları”. “Bu gün ərəb turistlərlə əyləndiyinə görə qınadığımız qızlar braziliya ailələrində böyüməyib. Bizim təbliğ etdiyimiz və sosial əngəllər üzündən ailələrimizin öz övladlarına çıxış yolu kimi tanıdığı "dəyərlər" böyüdüb o xanımları”.

Şairdən Bakını “rahat sex” şəhərinə bənzədən bəstəkara cavab: “Turistə necə deyək ki, ölkəmə “oğlan gəl, oğlan get””

“Bu gün ərəb turistlərlə əyləndiyinə görə qınadığımız qızlar braziliya ailələrində böyüməyib. Bizim təbliğ etdiyimiz və sosial əngəllər üzündən ailələrimizin öz övladlarına çıxış yolu kimi tanıdığı "dəyərlər" böyüdüb o xanımları”.

Bunu AzNews.az-a açıqlamasında gənc şair Aqşin Yenisey bəstəkar-müğənni Murad Arifin Rusiya kanallarında Bakını “rahat sex” şəhərlərinə bənzədilməsinə münasibətində deyib. Şair bildirib ki, turist başqa ölkələrə əylənməyə, dincəlməyə gedir:

“Biz uzun illərdir cəmiyyəti varlı adamları əyləndirmək üçün yetişdiririk. Bu məsələlər tənqidlə, qadağalarla yoluna düşməz. Turistə necə demək olar ki, mənim ölkəmə "oğlan gəl, oğlan get. Yaxud bir qadına necə demək olar, ölkəyə gələn turisti görəndə yaşmaqlan? İnsanları yaşadan dəyərlərə baxmaq lazımdır. Hamı yaxşı yaşamaq istəyir. Amma, qaşığımıza çıxan qazana atdığımızdır”.

Şair hesab edir ki, əgər biz dünya mədəniyyətinin bir parçası olmaq istəyiriksə iqtisadiyyatımız, mənəviyyatımız da dünyaya açıq olmalıdır:

“Əvvəlcə bir az tarixə səyahət edək. Babilin dağılmasının səbəbi nə idi? Əxlaqsızlıq! Nuh tufanının səbəbi nə idi? Yenə Sodom şəhərindəki əxlaqsızlıqlar! Əlbəttə, ölkəni dünyaya qapamaq, çadralamaq olmaz. İndi söhbət mənəviyyatdan getdiyi üçün diqqəti bu məsələyə yönəldək. Yəni Azərbaycan xalqının mənəviyyatı dünyanın mənəvi sərvətlərinə nə qədər açıqdır? Azərbaycan televiziyalarında xalqa hansı mənəvi keyfiyyətlər aşılanır? Kimlər nümunə göstərilir? Kimlərin təmin olunmuş həyatı və bu təminatı əldə etmək üçün keçiləsi yollar təbliğ olunur? Hansı aydınımıza verilən efir saatı ilə Aygün Kazımovaya verilən efir saatını müqayisə etmək olar? Hansı bəşəri mövzular xalqın evindəki televizorlarda müzakirə olunur? O hansı ucuz əxlaq davranışları üzərində qurulan serial deyil ki, orta məktəb müəllimələrinin gündəlik mövzusu olmasın? Hansı qəzet, jurnaldır ki, dünya mədəniyyətindən, incəsənətindən, fəlsəfəsindən yazılan yazılara qonorar verir?”

Qeyd edək ki, bəstəkar-müğənni Murad Arif mentalitetlə bağlı fikir bildirib. O, qeyd edib ki, Rusiya kanallarında Bakını “rahat sex” şəhərinə bənzədilir.

Bahar RÜSTƏMLİ

AzNews.az