“Azərbaycanda apteklərdə dərmanların qiymət məsələsi uzun müddətdir ki, səhiyyənin qarşısında duran əsas məsələlərdəndir”. “Azərbaycanda apteklərdə dərmanların qiymət məsələsi uzun müddətdir ki, səhiyyənin qarşısında duran əsas məsələlərdəndir”.

Dərmanlara vahid qiymət qoyulacaq

“Azərbaycanda apteklərdə dərmanların qiymət məsələsi uzun müddətdir ki, səhiyyənin qarşısında duran əsas məsələlərdəndir”.



Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, dünya ölkələrinin bir çoxunda, Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir: "Ancaq Azərbaycanın qonşu ölkələrində bu tətbiq edilmədiyi üçün bizim müəyyən qədər çətinliyimiz var idi. Bununla bağlı Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi arasına birgə iş aparılır, yaxın gələcəkdə dərmanlara vahid qiymət tətbiq olunması istiqamətində aparılan işlər sürətləndiriləcək və həyata keçiriləcək".

Nazir müavini vurğulayıb ki, bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində qiymət yazılacaq: "Burada topdansatış müəssisəsinin, aptek müəssisəsinin konkret, bəlli bir faizi olacaq. Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi vahid qiymət olacaq. Respublikanın regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq. Ola bilsin ki, ilk mərhələdə bu, həyat üçün vacib preparatlara tətbiq olunsun. Sonradan isə yerdə qalan dərman preparatlarına tətbiq olunsun".

E.Ağayev deyib ki, bu məsələ qanunvericiliklə tənzimlənəcək. Onun sözlərinə görə, bunun üçün dərman preparatlarının ən ucuz və keyfiyyətli olduğu ölkələr nümunə kimi seçiləcək: "Azərbaycanda dərman preparatlarının qiyməti Səhiyyə Nazirliyi tərəfindən deyil, Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur".

AzNews.az