BİR NƏFƏRİN ÖLÜMÜ, BİR NƏFƏRİN DƏ YARALANMASINA SƏBƏB OLAN HADİSƏ NİYƏ ÖRT-BASDIR EDİLİR? BİR NƏFƏRİN ÖLÜMÜ, BİR NƏFƏRİN DƏ YARALANMASINA SƏBƏB OLAN HADİSƏ NİYƏ ÖRT-BASDIR EDİLİR?

Bakı aeroportunda dəhşətli olay - cinayəti gizlədirlər

BİR NƏFƏRİN ÖLÜMÜ, BİR NƏFƏRİN DƏ YARALANMASINA SƏBƏB OLAN HADİSƏ NİYƏ ÖRT-BASDIR EDİLİR?




Heydər Əliyev adına Beynəlxalq Hava Limanında faciəli hadisə baş verib. AzNews.az-ın əldə etdiyi məlumata görə, fevralın 12-i, saat 15:10 radələrində ölümlə nəticələnən qəza hadisəsi törədilib.

Hava limanına məxsus xüsusi tipli "MAN" yanğınsöndürən maşınlarından biri sürətlə hərəkət edərək aeroportun yeni tikilən inzibati binasına çırpılıb. Nəticədə binanın divarları uçub, maşın isə yanmağa başlayıb. Yanğını söndürmək mümkün olmayıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ölən şəxsin 1964-cü il təvəllüdlü, Nardaran sakini Qəniyev Ağalətif olduğu bildirilir. Yaralı isə Binə sakini Ağayar Nagizakedir.

Lakin maraqlıdır ki, hüquq-mühafizə orqanları hadisə barədə məlumatı gizlədirlər.

Hadisənin necə baş verməsi – niyə yanğınsöndürən maşının heç bir həyəcan siqnalı olmadan sürətlə hərəkət etməsi və hansı sıbəbdən binaya tərəf istiqamət alması isə müəmma olaraq qalır. Əsilində bu barədə əlimizdə maraqlı faktlar var və bu çox ilgincdir.
Ancaq məsələnin təfərrüatlarını öyrənməmiş onu yayımlamırıq.

Məlumat üçün bildirək ki, "MAN" tipli yanğınsöndürən maşınlar Almaniya istehsalıdır və 3-9 tonluq su çənləri ilə təmin olunur. Avtomobillərdə xilasetmə işlərinin aparılması üçün əlverişli şərait olduğundan qiyməti çox yüksəkdir.

Azər
AzNews.az