Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Test imtahanlarının Azərbaycan Texniki Universitetinin (ATU) idman zalında mərhələli şəkildə keçiriləcəyini bildirən sektor müdirinin sözlərinə görə, vakansiyalar bu həftə elan ediləcək: “Bundan sonra isə test imtahan mərhələsinin keçirilməsinə başlanılacaq. Bu il minlərlə vakansiyanın təqdim olunması gözlənilir. Vakansiyaların da sayı artmaqdadır. Bütün regionlarda, bütün ixtisas fənləri üzrə - istər Azərbaycan dili-ədəbiyyat, istər kimya, istər riyaziyyat, istərsə də fizika və digər bütün fənlər üzrə vakansiyalar təqdim olunacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb. İyulun 1-dən 14-dək davam edən proses zamanı 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizəsini təsdiq edib.

AzNews.az