Milli Mətbuat Günü qalıb bir kənarda, hamı düşüb bu siyahının üstünə. “Facebook” çayxanaya, statuslar isə qarğışa çönüb. Sosial şəbəkələrdə ev alan jurnalistlərin siyahısı ilə razılaşmayanlar bir birilərinə dəstək verib həmkarlarını təbrik etmək əvəzinə, hansısa “katibələr”dən, “sürücülər”dən danışırlar. Milli Mətbuat Günü qalıb bir kənarda, hamı düşüb bu siyahının üstünə. “Facebook” çayxanaya, statuslar isə qarğışa çönüb. Sosial şəbəkələrdə ev alan jurnalistlərin siyahısı ilə razılaşmayanlar bir birilərinə dəstək verib həmkarlarını təbrik etmək əvəzinə, hansısa “katibələr”dən, “sürücülər”dən danışırlar.

Narazıların sayı 255-dir?

Milli Mətbuat Günü qalıb bir kənarda, hamı düşüb bu siyahının üstünə. “Facebook” çayxanaya, statuslar isə qarğışa çönüb. Sosial şəbəkələrdə ev alan jurnalistlərin siyahısı ilə razılaşmayanlar bir birilərinə dəstək verib həmkarlarını təbrik etmək əvəzinə, hansısa “katibələr”dən, “sürücülər”dən danışırlar.

Təbiidir ki, siyahıdan narazı olanlar var və onların sayı 255-dən çoxdur. Deyilənə görə, ev almaq üçün müraciət edən jurnalistlərin sayı iki mindən çox olub. Aydındır ki, 1745-dən çox jurnalistin və ya özünü jurnalist sayan insanın gözləntiləri gerçəkləşmədi. Bu təbiidir. Ev üçün müraciət edən hər bir şəxs ev alacağına ümüd edirdi və bunu gözləyirdi. Unutmayaq ki, evlərin sayı 255-dir. Biri yazır ki, “Siyahının binici hissəsi ilə razıyam”, digəri yazır ki, “ikinci hissəsi ilə razıyam”. Kimsə ev alan jurnalistlərdən birini və ya ikisini tanımırsa, dərhal onun küçədən keçən bir şəxs olduğunu iddia edir. Siyahıda narazılıq edənlərdən seçmə 255 nəfərin adı yer alsa idi, onda da siyahıya düşməyənlər eyniylə indiki kimi nifrət dolu statuslar yağdıracaqdılar. Anlamaq lazımdır ki, bir oturacağın başında iki nəfər durubsa, istənilən halda onlardan biri ayaqda qalacaq. Onun oturması üçün digəri durmalıdır. Siyahıda kimin adının olmasından narazısınız? Samirin adın hallandıranlar çoxdur. Bu insan əmək kitabçasının şəkillərini də “Facebook”da paylaşıb ki, ay camaat, kimsə məni tanımırsa, bu mənim mətbuatda 20 illlik stajımım olmaması demək deyil. Lap tutaq ki, Samiri yolun ortasında tutdunuz və evinin açarını əlindən alıb verdiniz narazılardan birinə. Sonra qalan 254 jurnalistin də evini alıb verdiniz narazılara, bəs qalan 1500 narazı necə?!

Gülməli deyilmi?!

Başa düşün ki, “Facebook”a kininizi tökməklə, hayatınızdan və bəxtinizdən narazılığınızı bildirməklə 255 həmkarınızın sevincinə zəhər qatırsınız. Üç ildən sonra növbəti dəfə ev alacaq jurnalistlərin siyahısında sizin adınız olanda, yeni narazılar sizin sevincinizə zəhər qatanda isə təəcüblənməyin.

P.S. Bu siyahıda heç kim kiminsə yerini tutmayıb. Siyahıda hər kəsin öz yeri var!

Bəxtiyar Abbasov