11:46
(077) 610-22-33

“Zaqatalada çaxnaşma yaratmaq istəyirlər”

  • >
374 14 Fevral 2013 12:50 | Cəmiyyət

Kamilə Əliyeva: “ Kompensasiya evin 1 kvadrat metrinə 4-7 min manat arasında paylanılır”


"Mətbuatda Zaqatala, Balakən haqqında söz-söhbətlər çıxarırlar. Bu yaxınlarda saytların biri Zaqatala haqqında qərəzli yazdığına görə üzr istəmişdi. Köməkçim Zaqatalada yaşayır. Mən onunla mütəmadi olaraq əlaqə saxlayıram. Həmçinin, icra nümayəndələri ilə intensiv əlaqələr yaradıram. Deyilənlər hamısı yalandır, həqiqətə uyğun deyil. 2-3 nəfər narazılığına aksiya deyirlər. Az qala bunu xalq üsyanı kimi qələmə verələr".

Bunu AzNews.az Zaqataladan deputat seçilmiş Kamilə Əliyeva rayon haqqında mətbuatda yazılanlara münasibət bildirərkən deyib. K.Əliyeva bildirib ki, evlərinin təmirə ehtiyac olan sakinlər İcra Hakimiyyətinə müraciət edir və kompensasiyalarını alırlar:

"Kənd və şəhər camaatı ilə görüşlərimdə də hər hansı narazılığın olmadığının şahidi oldum. Yalan yazılar prezident seçkiləri ilinə görədir. Bununla əlaqədar olaraq çaxnaşma yaratmaq istəyirlər. Bu çaxnaşma da olmayacaq. Bunu edənlərin arzusu gözündə qalacaq".

Deputat deyib ki, evlərin tikintisi yüksək səviyyədə aparılır: "Evlərə baxdım, doğrudan da həsəd aparılasıdır. Zaqatala camaatı öz imkanları hesablarına bu cür evləri tikdirə bilməzdilər. Təmirə ehtiyacı olan evlərə də kompensasiya verilir. Bilirsiz, kompensasiya evin 1 kvadrat metrinə 4-7 min manat arasında paylanılır. Əslində, heç bir narazılıq yoxdur. Narazılıq edənlər də azca zədələnən evlərin sahibləridir. Onlar da evlərinin yenidən tikilməsini istəyir. Amma buna aksiya, üsyan demək olmaz axı".

İlkin
AzNews.az

Bağla X