Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir. Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir.

Ağdamın işğalından 24 il ötür

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir.

AzNews.az xəbər verir ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən çox insan şəhid olub.