14:04
(077) 610-22-33

Test sistemində dəyişiklik olacaq

  • >
317 14 Fevral 2013 22:42 | Cəmiyyət

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında açıq testlərin sayı tədricən artacaq.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində tələbələrlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, gələn ildən qəbul imtahanlarında 4 fəndən açıq tipli testlər tətbiq olunacaq.

TQDK sədri tələbələrin qəbul imtahanları ilə buraxılış imtahanlarının nə zaman birləşdirilməsinin mümkün olacağı ilə bağlı sualına da cavab verib: "Buraxılış imtahanlarındakı sualların çətinlik dərəcəsi qəbul imtahanlarındakı sualların çətinlik dərəcəsindən fərqlənir. Hələlik buraxılış imtahanlarının nəticələrinə görə müsabiqə keçirə bilmərik. Əgər orta məktəblərdə təhsilin səviyyəsi qalxarsa, sualların çətinlik dərəcəsi yüksələrsə, biz Ana dili və riyaziyyat fənlərini müəyyən qruplarda azalda bilərik.

Hələlik bu, mümkün deyil. Çünki buraxılış və qəbul imtahanlarının şərtləri müxtəlifdir. Ötən buraxılış imtahanlarında 5 suala deyil, 8 suala düzgün cavab verən uşaqlara "3" qiyməti yazılsaydı, şagirdlərin 40 faizi attestat ala bilməyəcəkdi".
Bağla X