11:28
(077) 610-22-33

TQDK qəbul qaydalarını açıqladı

  • >
351 15 Fevral 2013 10:51 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarını açıqlayıb.



Komissiya sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali və orta ixtisas təhsili məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaq: "Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə komissiyanın rəsmi saytında "Abituriyentlərin elektron ərizəsi"ni dolduraraq müvafiq sənədləri Sənəd

Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Onu deyim ki, hüquqi cəhətdən heç bir dəyişiklik yoxdur".


Fənlər üzrə açıq tipli test nümunələrinə gəldikdə, TQDK sədri qeyd edib ki, bu il iki fənn üzrə açıq tipli test daxil edilib. "I ixtisas qrupunda-riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək" - deyə, TQDK sədri əlavə edib.


AzNews.az
Bağla X