“10 dəqiqəlik cizgi filminə görə 75 min manat veririlir, əslində isə...”

"Bir animasiya filminin istehsalı üçün standart qiymət yoxdur. Filmə ayrılan qiymət personajların sayından asılıdır. Dövlət 10 dəqiqəlik bir filmə görə bizə 75 min manat verirdi. Əslində isə bir filmin istehsalı üçün 150-200 min manat lazımdır".

Bunu AzNews.az-a açıqlamasında "Azanfilm"in bədii rəhbəri Elçin Hami Axundov bildirdi. Onun sözlərinə görə, 12 il "Azanfilm"də müdir olub: "Orada mənimki mənə dəydi. Bizdə hər şeyin qarşısına "quş" qoyurlar. Düzdür, uşaqlar üçün nəsə çəkilir. Amma bu işlər hansı səviyyədədir - bununla maraqlanan yoxdur. Qonarar verməklə iş bitmir. Bunun üçün müəyyən hazırlıq dövri lazımdır. Özlərini yuxarıya özlərini göstərmək üçün bəyan edirlər ki, uşaq filmləri çəkirik. Nə olsun? Bu gün necə səviyyəsiz teleseriallar çəkirlərsə elə də animasiya filmləri istehsal olunur ki, uşaqlar ondan heç bir ibrət götürə bilməyəcəklər. Filmin nümayişi üçün kinoteatr lazımdır. Bu isə yoxdur. Bunun üçün prakat sistemi olmalıdır".

Bahar Rüstəmli
AzNews.az