11:52
(077) 610-22-33

Vəkillər Kollegiyasına qəbul başlayır

  • >
312 15 Fevral 2013 11:14 | Cəmiyyət

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır



AzNews.az-a daxil olan məlumata görə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillə Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.
Bura Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş), ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti, əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti, Kadrların şəxsi məlumat vərəqəsi, tərcümeyi- hal, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil və 4-6 ölçüdə 4 ədəd rəngli fotoşəkil tələb edilir.
Sənədlər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında 2013-cü il mart ayının 4-dən iyun ayının 4-dək hər gün qəbul olunur. İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X