O, vəkilinə qadağa qoydu O, vəkilinə qadağa qoydu

Gülər Əhmədovadan yeni xəbər - ÖZƏL

O, vəkilinə qadağa qoydu



Barəsində həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədova vəkilinin mətbuata məlumat verməsini qadağan edib. Vəkil Eldar Qədimi AzNews.az-a bildirib ki, mətbuata hər hansı informasiyanın verilməsi Gülər Əhmədovanın istəyindən asılı olacaq:

"Mən Gülər Əhmədovanın vəkiliyəm və o, hələlik mətbuata heç bir açıqlama verməyimi istəmir. Onun istəyinə uyğun hərəkət edirəm. Bu gün Gülər xanımla görüşəcəyəm, əgər mətbuata hər hansı açıqlama verməyimi istəsə, o zaman informasiya veriləcək".

Elnarə Əlosmanqızı
AzNews.az