Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxs özünü təqsirli bilmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən E. Nehmədov özünü təqsirli bilməyib.

P. Hüseynov özünü qismən təqsirli bildiyini, R. Məmmədov isə təqsirli bilmədiyini deyib.

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yemək yeyiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. İttihama görə, E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.

AzNews.az