“Kiminsə peyğəmbərlik iddiası “Qurani-Kərim” nöqteyi-nəzərində kökündən yalnışdır” “Kiminsə peyğəmbərlik iddiası “Qurani-Kərim” nöqteyi-nəzərində kökündən yalnışdır”

Əmircandakı “peyğəmbər“ yalançılıqda ittiham olundu

“Kiminsə peyğəmbərlik iddiası “Qurani-Kərim” nöqteyi-nəzərində kökündən yalnışdır”




"Bəşəriyyət tarixində bu cür insanlar çox olub ki, peyğəmbərlik iddiası ediblər. Tarixdə yalançı peyğəmbərlərin sayı çoxdur. Ələsgər Musayevin iddiası da "Qurani-Kərim"in ayələrinə zidd olan hərəkətdir".

"Olaylar"a açıqlama verən "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli Əmircan sakini Ələsgər Musayevin peyğəmbərlik iddiasına münasibət bildirərkən belə deyib. Hacı Şahinin sözlərinə görə "Qurani-Kərim"də açıq şəkildə bildirilir ki, Allahın rəsulu olan Həzrəti Məhəmməd sonuncu peyğəmbərdir, peyğəmbərlərin sonuncusudur:

"Ərəb dilində buna "xatəmül ənbiya" deyilir, bu sözün mənası "möhür vuran" deməkdir. Yəni, peyğəmbərlik silsiləsi İslam peyğəmbəri ilə tamamlanıb. Ona görə də kiminsə peyğəmbərlik iddiası "Qurani-Kərim" nöqteyi-nəzərindən kökündən yalnışdır. Bunu əqli və məntiqi dəlillər də sübut edir. Artıq yer üzündə vəhy dövrü bitib. Allah indiki dövrdə insanların öz ağılları ilə dərk etməsini istəyir. Artıq vəhy dövrü kəsilib və Allah insanlar arasından peyğəmbər seçməyəcək". Qeyd edək ki, Əmircan sakini Ələsgər Musayev özünü Allahın yer üzündəki elçisi, Hamlet və Firdovsi adlı şəxslər isə nümayəndələri adlandırıblar.

AzNews.az