Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır. Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır.

V qrupa sənəd verənlər ixtisas seçimi edəcəklər

Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, seçim avqustun 10-dək aparılacaq.

Qeyd olunan abituriyentlər avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər iki qrupun ixtisaslarını seçə bilərlər.

AzNews.az