Azərbaycanda həftənin ilk gününə olan hava proqnozu açıqlanıb. Azərbaycanda həftənin ilk gününə olan hava proqnozu açıqlanıb.

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda həftənin ilk gününə olan hava proqnozu açıqlanıb.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 07-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.