21:54
(077) 610-22-33

Bakıda maskalılar aksiyası keçirilib

  • >
416 15 Fevral 2013 14:40 | Cəmiyyət

Bu gün saat 11:00-da onlarla adam Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qarşısında səssiz etiraz aksiyası keçirib.

Məhkəmənin qarşısında dayanan maskalı adamlar "Tolışi sado" qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının pozulmasına etirazlarını bildiriblər. Əsasən onlar məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edirlər. "Bizim aksiya hakimiyyətin qapalı proses keçirmək cəhdinə qarşı etiraz rəmzidir. Hilal Məmmədov özü də maska taxaraq prosesdə ifadə verməkdən imtina edir", - komitənin rəhbəri Rafiq Cəlilov Turan-ın müxbirinə bildirib. Bir neçə dəqiqədən sonra polislər aksiya iştirakçılarına yaxınlaşaraq binanın yanından uzaqlaşmalarını tələb ediblər. Aksiya zamanı polislə toqquşma baş verməyib, heç kim saxlanılmayıb. Hilal Məmmədov iyunun 21-də həbs olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. Lakin beynəlxalq birlik və hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər. Dövlətə xəyanətlə bağlı uydurma ittihamdan istifadə edən hakimiyyət prosesi qapalı keçirir.

AzNews.az
Bağla X