16:07
(077) 610-22-33

Abituriyentlərin nəzərinə - İxtisas seçimi avqustun 10-da başa çatacaq

  • >
1 953 7 Avqust 2017 12:38 | Cəmiyyət

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-da başa çatacaq.

Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır.

İxtisas seçimi edən 32721 abituriyentin 11144-ü I, 9904-ü II, 9097-si III, 2576-sı isə IV ixtisas qrupu üzrə sənəd verib.

Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir. Bu gün saat 12: 00-dək V ixtisas qrupu üzrə 752 abituriyent ixtisas seçimi edib. Onlardan 667-si Azərbaycan, 85-i Rus bölməsinin məzunudur.

AzNews.az

Bağla X