Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan İslam Respublikası, 5 nə­fər Hindistan Res­­pub­li­ka­sı, 1 nəfər Filippin Res­­pub­li­ka­sı və­tən­da­şı, 1 nəfər Türkiyə Respublikası və 1 nəfər Qazaxıstan Respublikası vətəndaşı sax­­­lanılıb. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan İslam Respublikası, 5 nə­fər Hindistan Res­­pub­li­ka­sı, 1 nəfər Filippin Res­­pub­li­ka­sı və­tən­da­şı, 1 nəfər Türkiyə Respublikası və 1 nəfər Qazaxıstan Respublikası vətəndaşı sax­­­lanılıb.

Ölkəmizdə qanunsuz yaşayanlar tutuldu

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan İslam Respublikası, 5 nə­fər Hindistan Res­­pub­li­ka­sı, 1 nəfər Filippin Res­­pub­li­ka­sı və­tən­da­şı, 1 nəfər Türkiyə Respublikası və 1 nəfər Qazaxıstan Respublikası vətəndaşı sax­­­lanılıb.

Dövlət Miqrasiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, araşdırma zamanı 5 nəfər Pakistan vətəndaşının (Qasım Malik Ghulam, Zahid Abdul Majeed, Sa­leem Tamoor, Usman Muhammad, Kohna Irshad Alı Khan) elektron viza əsasında ölkəyə gəldikləri və sonradan qanunsuz miqranta çevrildikləri məlum olub.

Keçirilən tədbir zamanı saxlanılmış Hindistan vətəndaşı Navdeep Saklani öz həmvətənlərinə (Gurmukh Singh, Singh Dilbag, Arminder Singh, Rajanpreet Singh) Azərbaycan Respublikasında müvəqqəti ya­şa­maq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həm­çinin həmin şəxsləri işlə təmin edəcəyinə vəd verməklə, onların qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həmin əcnəbilərdən A.Singh “Singh Company” MMC-nin direktoru, S.Dilbag “Singhs and İndian” MMC-nin direktor müavini qismində müvəqqəti yaşama icazəsi verilməsinə dair Dövlət Miqrasiya Xidmətinə müraciət edib, şirkətlərin fəaliyyətlərinin olmadığı üçün müraciətlərə imtina edildikdən sonra onlar ölkəni tərk etməyiblər və keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

Bundan əlavə, Filippin vətəndaşının məcburi əməyə cəlb edilməsi ehtimalını nəzərə alaraq, materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Saxlanılmış Qazaxıstan vətəndaşı Larisa Varfolomeyevanın 1994-cü ildən və Türkiyə Respublikası vətəndaşı Ali Güneşin isə 2015-ci ildən ölkə ərazisində qanun­suz yaşadıqları məlum olub.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyə­tə cəlb ediliblər.