08:13
(077) 610-22-33

Parlament Hərbi Məcəlləni müzakirə edəcək

  • >
403 15 Fevral 2013 15:14 | Cəmiyyət

Bu il Azərbaycanın Hərbi Məcəlləsinin hazırlanması və müzakirəyə çıxarılması gözlənilir



Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq artıq bir sıra köhnəlmiş hesab edilən hərbi qanunvericilik sənədlərinin yenidən işlənməsi zərurətə çevrilib.

Məcəllənin hazırlanması hərbi qanunvericiliyinin yenilənməsi zərurətindən irəli gəlib. Bütün hərbi qanunvericilik sənədləri Hərbi Məcəllədə toplaşacaq. Sənəd bu il Milli Məclisdə müzakirəyə çıxarıla bilər.

Məsələyə münasibət bildirən parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında məsələnin zəruri olduğunu və bunun zamanının artıq çoxdan yetişdiyini bildirib: "Bu təkliflə əvvəllər də çıxış etmişəm. Hərbi qanunvericilik aktlarının monitorinqi üzrə idarələrarası komissiya fəaliyyət göstərir və bu monitorinqlər nəticəsində bir çox qanunvericilik sənədlərimizin artıq köhnəldiyi, müasir tələblərə cavab vermədiyi və beynəlxalq əlaqələri tənzimləmək gücündə olmadığı üzə çıxıb. Bunu müvafiq qurumlar da bilir və təsdiq edirlər. Ona görə də hərbi qanunvericilik sisteminin yenilənməsinə və toplum olaraq bir məcəllədə toplanmasına son dərəcə ehtiyac yaranıb".

Deputat deyib ki, tezliklə aparılan monitorinqlər tam olaraq öz nəticəsini verəcək və bir sıra köhnələn qanunlar yenidən işlənəcək: "Eyni zamanda Avropa ölkələrinin hərbi həyatında özünü göstərən qanunlar var ki, onlar da bizdə tətbiq olunmalıdır. Bütün bunlar da təbii ki, hazırlanacaq Hərbi Məcəllədə öz əksini tapacaq".

AzNews.az
Bağla X