17:42
(077) 610-22-33

Astan Şahverdiyev əsəbiləşdi - “Daha danışmayacam”

  • >
40 312 8 Avqust 2017 14:03 | Cəmiyyət

Deputat Astan Şahverdiyev Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevi müdafiə etməsi və mətbuata yalan ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlərinin Milli Məclisin İntizam komissiyasında müzakirəyə çıxarılmasına aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı heç bir yerdə hər hansı bir fikir səsləndirməyəcək:

“Daha danışmayacam. Bir kəlmə də olsa fikir bildirməyəcəm. Bəsdirin, qurtarın”.

Deputat Ağacan Abıyev həmkarı Astan Şahverdiyevin səsləndirdiyi fikirlərinin Milli Məclisin İntizam Komissiyasında müzakirə olunacağını deyib. O, Astan Şahverdiyevin başını hər yerə soxduğunu, görmədiyi şeylərə görə əminliklə danışdığını vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X