“Onları məhkəməyə verəcəm” “Onları məhkəməyə verəcəm”

İmişlinin icra başçısı işdən çıxarılmasından danışdı - EKSKLÜZİV

“Onları məhkəməyə verəcəm”



Mətbuatda üç rayonun icra başçısının vəzifəsindən çıxarılması ilə bağlı xəbərlər yayılıb. Bildirib ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev və Neftçala Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev tutduqları vəzifədən azad olunacaqlar. Onların vəzifədən azad olunması ilə bağlı axşam saatlarında sərəncamın elan ediləcəyi də bildirilib.

Bununla bağlı İmişli rayon icra başçısı Vilyam Hacıyev AzNews.az-a eksklüziv açıqlamasında deyib ki, elə xəbəri yayanları məhkəməyə verəcək: "Hazırda işlərimi icra edirəm. İşdən çıxmağımı da ehtimal etmirəm. Çünki burada əsas yoxdur. Əhali fəaliyyətimdən razıdır. Tez-tez rayon sakinləri ilə görüşlər keçirirəm. Bu yazılanlar uydurmadır. Yalan xəbər ötürənləri məhkəməyə verməyə hazırlaşıram".

İcra başçısı işdən kənarlaşdırılmasını da istisna etmir: "Mənim işdən kənarlaşdırılmağım prezidentin əlindədir. Prezidentin bununla bağlı nə zaman qərar verməsinə biz qarışa bilmərik. Prezident son çıxışında da qeyd etdi ki, hər bir məmur özünü işləri ilə göstərməlidir. Məncə, İmişlidə hər şey qaydasındadır".

İlkin
AzNews.az