14:01
(077) 610-22-33

Gülər Əhmədovanın işiylə bağlı apellyasiya şikayəti verildi

  • >
286 15 Fevral 2013 16:34 | Cəmiyyət

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkili Eldar Qədimi məlumat verib.E. Qədimi apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını bildirib.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

AzNews.az
Bağla X