18:51
(077) 610-22-33

Abituriyentlərin nəzərinə - Vakant yerlərə seçim başlayır

  • >
2 132 12 Avqust 21:00 | Cəmiyyət

Ali məktəblərə ixtisas seçiminin nəticələri artıq məlumdur.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, maraqlı məqam ondan ibarətdir ki, müsabiqədən keçməyən abituriyentlərin sayı vakant yerlərin sayından azdır. Belə ki, 6425 boş yer, 6423 abituriyent qalıb. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Ali məktəblərə ixtisas seçiminin nəticələri elan edilib. Vakant yerlərin sayı ilk mərhələdə ali məktəblərə qəbul olmayan abituriyentlərdən çoxdur

Dövlət imtahan mərkəzindən verilən məlumata görə müsabiqədə 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 6423 abituriyent isə yenidən müsabiqədə iştirak edə bilər.Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, vakant yerlərin sayı 6425-dir.

Düzdür say etibarilə vakant yerlərin sayı abituriyentlərin sayından çox olsa da, bütün yerlərin dolacağı ehtimalı azdır. Çünki abituriyentlərin topladığı ballar, eləcə də istəkləri fərqlidir. praktiki cəhətdən hansı yerlərə nə qədər iddialı abutuyent olduğunu müəyyənləşdirmək mümkünsüzdür. deməli yenə boş yerlər qalcaq. Belə olan halda balların daha da aşağı salınması, eləcə də hansısa güzəşt xarakterli tədbirlərin görülməsi məsələsi gündəmə gəlir?

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə qeyd edib ki, əgər ikinci mərhələdən sonra yenidən boş yerlər qalarsa, ora yenidən müsabiqə aparılmayacaq. Balların aşağı salınması isə ümumiyyətlə nəzərdə tutulmur. O həmçinin bildirib ki, vakant yerlərə ilk mərəhələ zamanı ərizəsini təsdiq etməyən, amma müsabiqə şərtini ödəyənlər də ixtisas seçimində iştirak edə bilərlər. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparilacaq.

Tələbə adı qazanan şəxslər isə avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bağla X