Ötən il şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı 2,1-ə bərabər olub. Əvvəlki illərlə müqayisədə nəsilvermə əmsalında azalma müşahidə edilib. Ötən il şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı 2,1-ə bərabər olub. Əvvəlki illərlə müqayisədə nəsilvermə əmsalında azalma müşahidə edilib.

Azərbaycanda ömür uzunluğu beş il ərzində 1,4 il artıb

Ötən il şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı 2,1-ə bərabər olub. Əvvəlki illərlə müqayisədə nəsilvermə əmsalında azalma müşahidə edilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrində qeyd olunur ki, Azərbaycanda ömür uzunluğunda artım müşahidə olunur. Belə ki, son beş il ərzində ömür uzunluğu 1,4 il artıb. Əgər 2011-ci ildə ümumi ömür uzunluğu 73,8 yaşa bərabər idisə, ötən il 75,2 yaş təşkil edib. Həmin göstərici kişilər arasında 72,8, qadınlar arasında isə 77,6 yaşa bərabər olub. Buna baxmayaraq, 2015-ci illə müqayisədə ötən il şəhər yerlərində ömür uzunluğunda azalma, kənd yerlərində isə artım qeydə alınıb.