03:18
(077) 610-22-33

65 yaşlı qadının cadu nəticəsində öldüyü iddia edilir - Yardımlıda (Video)

  • >
1 989 13 Avqust 21:41 | Cəmiyyət

Yardımlıda evindən cadu tapan qadın 8 gün sonra yatağa düşüb, 3 ay sonra isə dünyasını dəyişib. Ailə qadının cadudan öldüyünü iddia edir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, ailənin gəlini, Firəvan Abışovanın valideynləri qızlarının ailəsində söz-söhbətə son qoymaq və onun firəvan yaşaması üçün mollaya şirinlik duası yazdırıblar. Gəlin də bu duaları evindəki sandıqda və zirzəmidə gizlədib. Qaynana Cəmilə Ağabalayeva bu duaları təsadüf nəticəsində tapıb.

Ailəsinin dediyinə görə, cadunu məhv etmək istəyən qayınanaya hansısa qüvvə güclü zərbə endirib.

Bundan 8 gün sonra Cəmilə Ağabalayeva yatağa düşüb. Onu Bakıda və Rusiyada tanınmış həkimlərə göstəriblər, müxtəlif müayinələrdən keçiriblər. Lakin, qadının hansı xəstəlikdən əziyyət çəkdiyi aydınlaşmayıb. Cadunun tapıldığı gündən 3 ay sonra qadın dünyasını dəyişib. Ailə üzvləri duaları oxumaq üçün din xadimlərinə təqdim ediblər. Onlar da bu yazıların açılmamasını, birdəfəlik məhv edilməsini məsləhət görüblər. Xəbərdarlıq ediblər ki, cadu açılarsa ailəni böyük bədbəxtlik gözləyir. Hətta evin oğlu cadunu mollaya oxutmaq üçün Rusiyaya aparanda qəzaya düşüb.

Ailənin bildirdiyinə görə, əvvəl əməlləri inkar edən Yardımlının Anzov kənd sakini molla Fərzulla əməlini törətdiyini etiraf edib və 15 manata şirinlik duası yazdığını deyib.

Din xadimləri bildirirlər ki, bütün bunlar dini maarifçiliyin zəif olması ilə əlaqədardır. psixoloq alimlər isə deyirlər ki bu mövhumat və cahilliyin nəticəsidir. sadəcə buna inan insanlar özlərini psixoloji gərginliyə salırlar. bu zaman isə baş verən hər xoşagəlməz hadisəni caduyla bağladıqları üçün psixi sarsıntı keçirirlər. əslində isə cadunun heç bir real təsiri yoxdur.

Bağla X