Sabah 33 rayonda internet olmayacaq. Sabah 33 rayonda internet olmayacaq.

Diqqət! - Sabah 6 saat internet olmayacaq

Sabah 33 rayonda internet olmayacaq.

Bu barədə AzNews.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Nazirliyin verdiyi məlumata görə, buna səbəb şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlarının quraşdırılmasıdır:

““Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə layihələr həyata keçirir. Bu məqsədlə sabah saat 02:00-dan 08:00-dək, yəni 6 saat müddətində 33 rayonda internet verilişi təchizatında müəyyən fasilələr yarana bilər.

Həmin rayonlar aşağıdakılardır: “Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki və Yardımlı”.

Bahar RÜSTƏMLİ

AzNews.az