11:28
(077) 610-22-33

Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır -Video

  • >
1 562 15 Avqust 2017 21:37 | Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır.

AzNews.az xəbər verir ki, Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov "XəzərXəbər”ə bildirdi ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Məktəbli yarmarkaları metrounun 28 may stansiyasından başqa Elmlər Akademiyası, "İnşaatçılar",Nəriman Nərimanov "Koroğlu" və "Neftçilər" stansiyalarının yaxınlığında fəaliyyət ögtərəcək. Bu ərazilərdə yarmarkalar üçün çadırlaq quruluacaq.

Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki, yarmarkalarda süni qiymət artımı olmasın.

Bağla X